Filippin Prezidenti ölkənin adının dəyişdirilməsini təklif edib

Filippin Prezidenti Rodriqo Duterte müstəmləkəçilik tarixi ilə olan əlaqəni zəiflətmək üçün ölkənin adının dəyişdirilərək "Maharlika Respublikası" olmasını təklif edib.

Azadinform Rusiya KİV-inə istinadən xəbər verir ki, Prezident bu barədə Magindanao əyalətində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Filippin" adını ölkəyə Ferdinand Magellan verib, çünki İspaniya kralı Filipp onun səfərinin xərcini üzərinə götürmüşdü.

Filippin lideri ölkənin "Maharlika Respublikası" adlandırılması ideyasını bəyəndiyini qeyd edib.

Qeyd edək ki, müasir Filippin dilində "maharlika" sözü "kral nəcibliyi" deməkdir.

12.02.2019 19:07 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo