| |||||
Bu marşrutda Wi-Fi quraşdırıldıSamir Soltanov/AZADİNFORM. Bakıda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub. Azadinform xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC-nin “Safcell” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz Wi-Fi xidmətinin qoşulmasına başlanılıb. İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və Avro-5 standartlarına cavab verən avtobusların hamısı bu cihazlarla təmin edilib. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internet imkanından faydalana bilərlər. Belə ki, MMC-yə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər şirkətin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq. Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də Wi-Fi cihazları quraşdırılacaq.
12.02.2019 18:40 / Baxılıb: 110 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() |
![]() 19.02.2019
18:55“Messi bir dahidir”
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |