Azəriqaz 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlayıb

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvarında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb. 

Birlikdən Azadinform-a verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvarında 17,1 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 36,1 kilometr qaz kəməri əsaslı təmir olunub. 

Yanvarda Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə bir, Ağsu rayonu üzrə 5 və Şamaxı rayonu üzrə isə 2 olmaqla ümumilikdə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.

12.02.2019 18:25 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo