Bakı limanı Azərbaycan paytaxtının yeni reallıqlarından biridir

Samir Soltanov/AZADİNFORM. İtaliyanın nüfuzlu “Il Messaggero” qəzetində “Bakı, qəlbində Azərbaycan tarixi ilə gələcəyə baxan küləklər şəhəri” sərlövhəli məqalə dərc olunub. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, məqalənin müəllifləri Elena Panarella və Rossella Fabianidir. 

Məqalədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadovun fikirlərinə yer verilir. O deyir ki, Ələt qəsəbəsində yerləşən Bakı limanı Azərbaycanın paytaxtının yeni reallıqlarından biridir. 

Yazıda Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin Azərbaycanda müxtəlif sahələrdə gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri də əks olunub. 

Müəlliflər Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bakı Bulvarı, Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, İçərişəhər, ADA Universiteti haqqında ətraflı məlumat veriblər. Universitetin prorektoru Fariz İsmayılzadə bu ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri haqqında danışıb. 

Bundan başqa, məqalədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədovun qurumun fəaliyyəti və planları barədə fikirləri də əksini tapıb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizdə qadınlara ilk dəfə səsvermə hüququnun verilməsi, Azərbaycanda hökm sürən multikultural, tolerant mühit barədə danışıb. 

Məqalədə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun fikirlərinə də yer verilib. O deyib: “Azərbaycan irəliyə doğru yeni addımlar atacaq, çünki biz qarşımıza hansı məqsəd qoyuruqsa ona nail oluruq”.

12.02.2019 18:05 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo