SOCAR rəhbərliyi qocaman neftçinin 90 yaşını təbrik etdi Fotolar

AZADİNFORM. Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağasiyev Riza-Kulu Abdul Kasım oğlunun 90 yaşı tamam olub. 

Azadinform xəbər verir ki, qocaman neftçini 90 illik yubileyi münasibəti ilə SOCAR-ın vitse-prezidenti David Məmmədov və şirkət rəhbərliyinin nümayəndələri evində ziyarət edib, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini yubiliyara çatdırıblar. 

Qocaman neftçi son illərdə ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs edib, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. 

R.Ağasıyev Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesi ilə bağlayıb. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlayıb, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinədək yüksəlib. 25 il Neftayırma və neft kimyası müəssisələrinin layihəndirilməsi İnstitutunun direktoru olan R.Ağasiyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və s. şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak edib. R.Ağasıyevin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, “Şöhrət”, Azərbaycanın əməkdar səmərələşdiricisi fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.  

12.02.2019 17:26 / Baxılıb: 269 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.04.2019
18.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo