Moskva üçün bu müddət son şansdır Yens Stoltenberq

Samir Soltanov/AZADİNFORM. “Türkiyə cənubda terrorizmlə mübarizədə önəmli bir müttəfiqdir”. 

Azadinform xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O qeyd edib ki, Türkiyə və ABŞ-ın Suriyanın şimalında əməkdaşlığını məmnuniyyətlə qarşılayıram: “ABŞ və Türkiyənin NATO-da keçirdiyi ikitərəfli görüşlərdə Suriya ilə bağlı əməkdaşlığı müzakirə etdiklərinin şahidi oluruq. Bunun sabah keçirilən iclasda da baş tutmasını gözləyirik”.  

ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən (INF) birtərəfli olaraq çəkilmə qərarını dəstəkləyən Stoltenberq, Rusiyanı müqaviləni pozmaqda günahlandırdı: “ABŞ-ın müqavilədən çəkilmək üçün 6 ay vaxtı var. Moskva üçün isə bu müddət son şansdır”. 

Baş katib Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsi ilə yanaşı sabah müzakirə olunacaq digər məsələlər arasında Əfqanıstan, İraq və Kosovodakı NATO missiyalarının vəziyyəti, NATO - Avropa İttifaqı (Aİ) əməkdaşlığı və müttəfiqlərin müdafiə xərcləri kimi mövzuların olduğunu vurğulayıb.

12.02.2019 16:25 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo