Paşinyanın inqilabi proqram adlandırdığı sənəd köhnə proqramın redaktə edilmiş formasıdır

Baş nazir Nikol Paşinyanın iqtisadi inqilab hesab etdiyi yeni dövlət proqramı demək olar ki, heç bir makroiqtisadi hədəflərə malik deyil.

Azadinform Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri erməni iqtisadçı ekspertlər 1in xəbər agentliyinə açıqlamalarında bildiriblər. Erməni ekspertlər bildiriblər ki, hökumətin fövqəladə toplantısında qəbul olunan beşillik proqram Ermənistanın sabiq baş naziri Karen Karapetyan hökumətinin təsdiq etdiyi dövlət sənədindən fərqlənmir.

Ekspertlərin fikrincə, 59 səhifəlik yeni proqramda hədəflər müəyyən olunmayıb. Məsələn, immiqrasiya üçün hansı mexanizmlərin təmin ediləcəyi, yoxsulluq və işsizliyi aradan qaldırmaq üçün hansı praktik addımlar atılacağı aydın deyil. Söz verilmiş yeganə makroiqtisadi göstərici ÜDM-in ən azı 5 faiz artımını təmin etməkdir. Bu, heç bir inqilabi göstərici deyil. Belə ki, Karen Karapetyanın kabinetində 2017-ci ildə 7 faizlik iqtisadi fəaliyyət göstəricisi təmin edilib. Yeni proqramda siyasi sistemdə islahatlardan, ədliyyə orqanlarının formalaşmasından heç nə qeyd olunmayıb. Paşinyanın inqilabi proqram adlandırdığı sənəd köhnə proqramın redaktə edilmiş formasıdır.

12.02.2019 15:50 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo