Nardan korporativ müştərilərinə yenilənmiş təkliflər

Adəm Abbaslı/AZADİNFORM. Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”, korporativ müştəriləri üçün yeni və sərfəli təkliflər təqdim edir.

“Nar”dan Azadinform-a verilən məlumata görə, artıq bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər olacaq və yeni tariflər təqdim ediləcək. Bundan başqa, korporativ müştərilər üçün yeni internet və rominq paketləri istifadəyə veriləcək və beynəlxalq zənglər üçün bonuslar təqdim ediləcək. “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri, həmçinin sərfəli şərtlərlə smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilərlər. Qeyd edək ki, internetdən daimi istifadə edən iş adamları “Nar”ın pulsuz 4G data modem və data nömrələrini əldə edə bilər. Beləliklə, “Nar”ın korporativ müştərisi olmaqla sahibkarlar öz biznes tələblərinə uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər.

Hər bir abunəçisinə xüsusi diqqət göstərən “Nar”, yüksək nəticələr göstərən korporativ müştəriləri üçün xüsusi hədiyyələr də təqdim edəcək.

Qeyd edək ki, mobil operator korporativ müştəriləri üçün hər zaman vaxt ayırır və onlarla mütəmadi görüşlər keçirir. Görüş zamanı korporativ müştərilərə mobil operatorun yeni imkanları, təklifləri barədə məlumat verilir və əlaqələr gücləndirilir. “Nar” növbəti dəfə 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisinin iştirakı ilə “Cinema Plus” kinoteatrının “Nar” zalında yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.  

“Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

12.02.2019 15:40 / Baxılıb: 285 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.04.2019
18.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo