Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya təsdiq edildi

Milli Məclisdə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi məsələsi müzakirə edilib.

Azadinform trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləcən plenar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra konvensiya təsdiq edilib.

Qeyd edək ki, 22 il sürən sistemli danışıqlardan sonra avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

12.02.2019 15:00 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo