Beynəlxalq siyasi proseslərdə liberal konsepsiya öz aktuallığını itirməkdədir

Ləman Hüseynzadə / AZADİNFORM. “İstər siyasi, istərsə də hüquq sahəsində dünyada baş verən ayrı-ayrı proseslər və o proseslərə “Freedom House” beynəlxalq təşkilatının yanaşması bu təşkilatın açıq-aşkar ikili standartlarla çıxış etməsi və müxtəlif ölkələrə qarşı qərəzli mövqeyini ortaya qoyması təzahürünü yaradır”. 

Bu fikirləri Azadinform-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O hesab edir ki, beynəlxalq münasibətlər prosesində beynəlxalq təşkilatlar əslində ayrı-ayrı qrupların və dövlətlərin maraqlarını yerinə yetirirlər: “Baxmayaraq ki, əsrimizin ortaları və birinci yarısında bu kimi bəzi müxtəlif təşkilatlar yarananda əsas məqsdələri əmin-amanlıq, sabitlik yaratmaq idi. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar ayrı-ayrı qrupların və dövlətlərin təsir dairəsindədirlər və onların diktəsi ilə oturub dururlar. Burada “Freedom House” təşkilatından tutmuş digər bundan böyük və kiçik hüquq, siyasi, iqtisadi sahədə təşkil olunan bütün beynəlxalq təşkilatları deyə bilərik. Bu onu göstərir ki, əslində beynəlxalq siyasi proseslərdə liberal konsepsiya öz aktuallığını itirməkdədir. Çünki bu konsepsiya qarşısına qoyduğu məqsədi yerinə yetirə bilmədi. Bu cür təşkilatlar yarananda liberallar deyirdilər ki, dünyadakı problemləri həll edəcəyik, müharibələr olmayacaq və hər yerdə demokratiya olacaq. Əslində isə bunların heç biri olmadı. Bu liberalizmin iflasıdır. Bu bir daha beynəlxalq münasibətlərdə realizm nəzəriyyəsini gücünü ortaya qoyur ki, əsas aktorlar dövlətlərdir”.

Politoloq əlavə edib ki, dövlətlər arasında olan münasibətlər, beynəlxalq təşkilatların hansısa ölkəyə qarşı çıxışları yaxud kimisə tərifləmələri - bütün bu kimi digər proseslərin əsasında dövlətlər dayanır. Əsas dövlət və onun gücüdür. 

12.02.2019 14:50 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo