Məktəb ətrafı yollarda silinən piyada keçidi zolaqları niyə rənglənmir?

Aygün Nəbiyeva / AZADİNFORM. Bəzən yollarda piyada zolaqlarının silinməsi halları ilə rastlaşırıq. Belə olan halda yalnız nişanların olması sürücülərə kifayət etmir, zolaqların silinməsini görmürlər. Bütün bu kimi hallar isə piyadaların hərəkətində çətinlik yaradır. Xüsusi ilə də məktəb ətrafındakı yollarda piyada zolaqlarının silinməsi şagirdlər üçün təhlükə yaradır və onların hərəkətini çətinləşdirir.

 

Bəs silinən zolaqlara nəzarət mexanizmi necə həyata keçirilir? Bu zolaqlar niyə rənglənmir?

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azadinform-a bildirib ki, paytaxtın küçə-yol şəbəkəsində mövcud eyni səviyyəli piyada keçidlərinin yəni, zolaqların yenilənməsi işləri mütəmadi olaraq aparılır: “Bəzi hallarda vətəndaş müraciətləri əsasında, bəzi hallarda isə bizim əməkdaşların apardığı monitorinqlər zamanı zolaqların silinməsi ilə bağlı aşkarlanan hallar aradan qaldırılır. Bu çərçivədə məktəblərin ətrafına xüsusi ilə diqqət yetirilir. Ümumiyyətlə, məktəblərin ətrafında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ən vacib məqamlardan biridir. Bununla bağlı ötən il pilot layihə icra edilib. Bu il də bu iş davam etdiriləcək”.

12.02.2019 14:30 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo