Keçmiş məhkumdan Makarov götürülüb

Samir Soltanov/AZADİNFORM. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib. 

DİN-in Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 177-ci (Oğurluq), 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məhkum olunmuş Xocahəsən qəsəbə sakini Vüqar Mürsəlov polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı 40-cı Polis Bölməsində V.Mürsəlov barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

12.02.2019 14:02 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo