Mehriban Əliyeva azyaşlıların qayğısına qalan hər kəsə təşəkkür edib

Samir Soltanov/AZADİNFORM. Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzi, Nəsimi rayonundakı 1 nömrəli körpələr evi və 268 nömrəli xüsusi məktəbdə olub, uşaqlarla görüşdükdən sonra həmin müəssisələrdə azyaşlıların qayğısına qalan hər kəsə təşəkkürünü bildirib.

Azadinform xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində yazılıb: “Valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlardan qayğı və məhəbbətini əsirgəməyən həkimlərə, müəllimlərə, tibbi heyətə və hər kəsə dərin minnətdarlığımı bildirirəm. Səmimiyyət, şəfqət və sevgi onlara hava kimi lazımdır. Laqeyd yanaşmayan hər kəsə təşəkkür edirəm”.

 

https://www.instagram.com/p/BtwGLZYAqdj/?utm_source=ig_share_sheet&igshid=1d7ng1ip9psdm

12.02.2019 13:53 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo