Məqsədimiz Avro 2020nin final mərhələsinə vəsiqə qazanmaqdır

Samir Soltanov/AZADİNFORM. “Əsas məqsədimiz hər yeni qarşılaşmada daha gözəl və maraqlı oyun nümayiş etdirməkdir”. 

Azadinform xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç bu gün mətbuat konfransında deyib. Baş məşqçi bildirib ki, əsas hədəf Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış etməkdir: “Qarşıya “Avro 2020”nin final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulub”. 

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var: “Onun futbolçu və məşqçi karyerası barədə məlumatlıyam. Qurban Qurbanovun Serbiya millisinin qapısına vurduğu qolu indiyədək xatırlayıram. Yaxın günlərdə ölkə çempionatında çıxış edən klubların baş məşqçiləri ilə görüş nəzərdə tutulub. Görüşdə qarşıdakı hədəflər müzakirə olunacaq”.

12.02.2019 13:44 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo