Oğru ev sahibini bıçaqladı

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyinin (DİN) 102 – Zəng Mərkəzi Xidmətinə Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olub. 

DİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındıraraq içəri daxil şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk etdiyi müəyyənləşib. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun iki evdən televizor və kompüter oğurladığı da müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

12.02.2019 13:27 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo