İran Dağlıq Qarabağ məsələsində daha da fəal ola bilərdi Politoloq

Ləman Hüseynzadə / AZADİNFORM. “Əsas məqam ondan ibarətdir ki, İran dəfələrlə bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Bu fikri Azadinform-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, İran tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir: “Bu bizi qane edən mövqedir və bunu yüksək qiymətləndiririk. Eyni zamanda başa düşürük ki, İran regionda iri bir oyunçudur. İranla bizim bir sıra müqavilələrimiz var, həmçinin birgə layihələrdə də (enerji, nəqliyyat və s.) iştirak edirik. Amma anlayırıq ki, İran Dağlıq Qarabağ məsələsində daha da fəal ola bilərdi. Açıq şəkildə desək istəyərdik ki, İran da Ermənistana qarşı sanksiyalara qoşulsun. Biz görürük ki, Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və diplomatik münasibətlərini də kəsib. İran isə bunu etmir. İndi bu İranın öz xarici siyasət prioritetləridir. Biz nə diktə edə bilərik, nə də məsləhət görə bilərik. Bunların öz xarici siyasət kursudur, xəttidir. Əlbəttə ki, İranın Ermənistana qarşı sərt siyasət həyata keçirməsi bizim maraqlarımıza daha çox cavab verə bilərdi. Təəssüflər olsun ki, bu hal hələ müşahidə olunmur”.

12.02.2019 12:55 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo