Avroliqanın 1/16 final mərhələsi başlayır

Samir Soltanov/AZADİNFORM. Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinə “Fənərbaxça” – “Zenit” oyunu ilə start veriləcək. 

Azadinform xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 

Komandalar oyuna tam heyətlə çıxa biləcəklər. Belə ki, hər iki komandanın heyətində zədəli və ya cəzalı futbolçular yoxdur. 

Çexiyanın “Slaviya”, Fransanın “Bordo” və Danimarkanın “Kopenhagen” klubları ilə C qrupunda mübarizə aparan “Zenit” qrup lideri kimi pley-offa vəsiqə qazanıb. 

İstanbul təmsilçisi isə D qrupunun ikincisi kimi növbəti mərhələdə oynamaq şansı qazanıb. 

Bu komandalar arasında cavab oyunu fevralın 21-də keçiriləcək.

12.02.2019 12:48 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo