Jennifer Lopezin geyimi hər kəsin diqqətini cəlb etdi

Aygün Nəbiyeva / AZADİNFORM. Məşhur müğənni Jennifer Lopez “Grammy” mərasimində Türk dizayner Nedret Taciroğlu tərəfindən hazırlanan paltar geyindi.

Azadinform xəbər verir ki, dünyanın ən nüfuzlu musiqi mükafatı olan “Grammy” dünən gecə öz sahiblərini tapdı. Mərasimdə məşhur müğənni Jennifer Lopezin geyindiyi geyim hər kəsin diqqətini çəkib. Belə ki, həmin geyim Türk dizayner Nedret Taciroğlu tərəfindən hazırlanıb. Gecədə Lopezin geyimi qədər səhnə performansı da öz sözünü deyib.

Qeyd edək ki, dizayner imzasını atdığı geyimi sosial media hesabından izləyiciləri ilə paylaşıb.

12.02.2019 12:39 / Baxılıb: 141 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.02.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo