ABŞ-ın 40 ildir İrana qarşı apardığı siyasət uğursuzluqla nəticələnib Trampa cavab

Samir Soltanov/AZADİNFORM. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabından ABŞ prezidenti Donald Trampın İran inqilabının 40-cı ildönümünü bayram edən hakimiyyətə qarşı ittihamlarına cavab verib. 

Azadinform xəbər verir ki, XİN rəhbəri ABŞ-ın 40 ildir İrana qarşı apardığı siyasətin uğursuzluqla nəticələndiyini bildirib: “İran xalqının heç vaxt təslim olmaması, ABŞ siyasətinin qan və sərvəti talamaq yolu ilə sabitliyi pozmaq cəhdləri onların 40 illik uğursuzluğudur. Donald Tramp ABŞ-ın İrana qarşı uğursuz siyasətini nəzərdən keçirməlidir. Artıq bunun vaxtı çatıb”.

Xatırladaq ki, Tramp İnqilabın 40-cı il dönümünü bayram edən İran hakimiyyətinə qarşı “Twitter”də bildirib ki, İrandakı rejim yalnız 40 illik bir uğursuzluq əldə edib: “İran xalqı daha parlaq bir gələcəyi haqq edir”. 

12.02.2019 12:07 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo