Arvadını bıçaqla öldürən saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L. Həsənqızının bıçaqla qətlə yetirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Münaqişə zəminində baş verən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Faktla əlaqədar cinayət işi başlanılıb.

12.02.2019 11:50 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo