Cütlük 11 illik münasibətlərinə son qoyub

Aygün Nəbiyeva / AZADİNFORM. 11 ildir birlikdə olan və evlənəcəkləri düşünülən Ferhat Göçer və Ömür Gedik ayrıldı.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, birlikdə yaşadıqları evi tərk edən Ömür Gedik ayrıldıqları ilə bağlı açıqlama verib. O, televiziya proqramlarından birinə bağlanaraq “bu mövzu ilə bağlı çox danışmaq istəmirəm. Şəxsi həyatımla bağlı danışmağı sevən biri də deyiləm. Evdən ayrıldığım doğrudur. 11 illik münasibət var, çox danışmaq istəmirəm. Ortada aldatma kimi bir şey yoxdur. Öz aramızda həll edə bilmədiyimiz problemlər var idi” , - deyə danışıb.

11.02.2019 15:42 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo