Linzalar göz yaddaşına əngəl ola bilərmi?

Eşqin Nuruşov / AZADİNFORM. İnsanlar illər sonra rastlaşanda bir-birlərini ən çox gözlərindən tanıyır. Çünki yaş ötdükcə insanın üz cizgilərində, digər orqanlarında dəyişiklik yarana bilər və buna görə də məhz insanı gözdən tanıyırlar. Yaxud “filankəsdən əsər-əlamət qalmayıb, bircə gözləri qalıb” - deyirlər.

Bir sözlə, insanın həm yaddaşı, həm də yaddaşlarda qalması əsasən gözləri ilə bağlıdır. Bu gün isə artıq insanları bu qədər asan seçmək olmur. Rəngli linzalardan istifadə bunun qarşısını alan səbəblərdən biridir. 

Hər bir insan özünəməxsus özəllikləri ilə dünyaya gəlir. Bu özəlliklərdən, cəmiyyətdə daha çox üstünlük verilən tərəflərdən biri də insanın göz rəngləridir. Bir çoxları bu tələbata əsasən göz rəngini dəyişmək üçün rəngli linzalardan istifadə edir. Müşahidələr onu göstərir ki, bundan istifadə edənlərin sayı sanki hər gün artır. Daha çox qadınların istifadə etdiyi bu tipli linzalar hətta sosial şəbəkədə də reklam edilir.

 

Bəs bu linzalardan istifadə düzgündürmü?

 

Oftalmoloq alim, peşəkar cərrah İlham Zərgərli Azadinform-un suallarını cavablandırarkən bildirib ki, bu linzalar yumşaq olurlar. Onun sözlərinə görə, bundan faydalanmaq üçün yox, yalnız kosmetik nöqteyi-nəzərdən taxırlar. Oftalmoloq müzakirəni rəngli linzaların mənfi tərəflərindən danışmaqla davam etdirib: “Ondan istifadə edərkən təsadüfən gözün buynuz qişasını zədələmək mənfi tərəflərdən biridir. Torpaqlı,  küləkli havada linzanın altına toz dənəciklərinin önə keçməsi də gözə ziyan vuran cəhətlər sırasındadır. İnsanların gözünün buynuz qişasında zədələnməyə gətirib çıxara bilər. Bu, problemi aradan qaldırmaq üçün oftalmoloqa müraciət etmək üçün səbəb yaranır”. 

İ.Zərgərli əlavə edib ki, rəngli linzalardan gigiyenik qaydaları gözləmək şərti ilə istifadə edilməsinə icazə verilsə də, o, bir həkim kimi heç kimə məsləhət görmür: “Artıq risk, maddi sərfiyyat qeyri - təbii görünüşdən başqa bizə heç nə vermir”.

11.02.2019 15:29 / Baxılıb: 813 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo