Ford KamAZla toqquşub Azyaşlı hadisə yerində ölüb

Samir Soltanov/AZADİNFORM. Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-dən Azadinform-a verilən məlumata görə, fevralın 9-da saat 19 radələrində Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində şəhər sakini Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Füzuli rayon sakini Şahin Teymurova məxsus “KamAZ” markalı avtomobilə vurub. 

Nəticədə E.Nəcəfovun sərnişinlərindən azyaşlı nəvəsi Nurcan Nəcəfova hadisə yerində ölüb, digər sərnişini, arvadı Mərziyyə isə xəstəxanaya yerləşdirilib. 

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

11.02.2019 15:02 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo