Azəriqaz abunəçilərinin sayı 2,2 milyona çatıb

Samir Soltanov/AZADİNFORM. 2019-cu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 479 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 575-i isə regionlar üzrədir. 

Birlikdən Azadinform-a verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub. 

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 195 514-ə çatıb.

11.02.2019 14:50 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo