Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Göyçay sakinində heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elbrus Qaçayev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı ümumi çəkisi 33,297 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

11.02.2019 14:35 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo