Avroliqanın final oyunu ilə bağlı UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb

Samir Soltanov/AZADİNFORM. Futbol üzrə Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəri başlayıb. 

Azadinform AFFA-ya istinadən xəbər verir ki, fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

11.02.2019 14:10 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo