Bakcell vergi işçilərini təbrik etdi

Adəm Abbaslı/AZADİNFORM. Vergi xidməti işçilərinin peşə bayramı günü münasibətilə Bakcell şirkəti bütün vergi işçilərini təbrik edib.

Şirkətdən Azadinform-a verilən məlumata görə, bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, Bakcell peşə bayramı münasibətilə gün ərzində vergi işçilərinə şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, Bakcell xidmətlərindən istifadə edən vergi xidmətinin əməkdaşları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər.

11.02.2019 13:33 / Baxılıb: 294 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo