Vəlvələ çaya düşən şəxsin tapılması üçün suçəkmə işlərinə başlanılıb

Samir Soltanov/AZADİNFORM. Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayın sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, axtarışlara Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən suçəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

11.02.2019 12:40 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo