İlin mahnısı seçilib

Adəm Abbaslı/AZADİNFORM. ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” mükafatının təqdimetmə mərasimi keçirilib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın “CBS” telekanalında canlı yayımlanan mərasimdə “This is America” bəstəsi “İlin mahnısı” nominasiyasında “Qremmi” mükafatına layiq görülüb. Mahnı “Childish Gambino” kimi tanınan amerikalı Donald Qlover tərəfindən ifa olunur. Bu nominasiyasında mükafat kompozisiya müəllifinə də təqdim olunur. Bu, Donald Qloverlə yanaşı, isveçli bəstəkar Lüdviq Qörensen və daha çox Yanq Taq kimi tanınan amerikalı Ceffri Lamar Uilyamsdır.

Mükafatın “Ən yaxşı albom” nominasiyasının qalibi amerikalı Keysi Masqreyvs olub. O, bu mükafatı “Golden Hour” albomuna görə qazanıb.

11.02.2019 12:12 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo