Xaçmaz sakinində xeyli miqdarda narkotik vasitə aşkarlanıb

AZADİNFORM. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında əvvəllər məhkum edilən S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a bildiriblər ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri aparılır.

11.02.2019 11:52 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo