Tarkan özünə xüsusi mikroavtobus hazırlatdırıb

Aygün Nəbiyeva / AZADİNFORM. Tarkan rahat səyahət etmək üçün xüsusi bir mikroavtobus hazırladıb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, özəl xüsusiyyətləri ilə diqqət çəkən avtobus 3 səs mühəndisi və 8 dizayner daxil olmaqla 140 nəfərlik bir qrup tərəfindən 3 ay müddətində hazırlanıb. Avtobusun ən maraqlı xüsusiyyəti isə onun xüsusi səs sisteminə malik olmasıdır. Belə ki, mikroavtobus Almaniyadan gətirilən səs mühəndisləri tərəfindən tamamilə Tarkanın tələblərinə uyğun olaraq dizayn edilib.

Qeyd edək ki, tikişlərdən tutmuş dəri seçiminə qədər hər şeyə Meqastar özü qərar verib.

11.02.2019 11:16 / Baxılıb: 82 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.02.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo