DİM bu il keçirəcəyi imtahanların və digər tədbirlərin tarixlərini açıqladı

Adəm Abbaslı/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I - V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-dən Azadinform-a verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaqdır.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcəkdir. 

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları  7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcəkdir.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz*. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

 

Tədbir

Tarix (2019‑cu il)

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına tələbə qəbulu

 

Ərizə qəbulu

1 - 11 fevral

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

15 - 23 fevral

 

QƏBUL İMTAHANI – 1-ci mərhələ

24 fevral

 

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı

16 - 25 aprel

 

Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı

1 - 3 may

 

Proqram seçimi

26 aprel - 7 may

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

20 - 25 may

 

QƏBUL İMTAHANI – 2-ci mərhələ

26 may

 

68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı

29 - 31 may

 

AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat

6 - 9 iyun

 

AMEA magistraturasına qəbul olmaq üçün müsahibə

11 - 13 iyun

 

İxtisaslaşma  seçimi

7 - 18 iyun

 

Bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

27 iyun – 10 iyul

 

Boş qalan yerlərə ixtisas seçimi

23 - 30 iyul

 

Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

15 - 23 avqust

 

Sınaq imtahanı (qəbul imtahanının I mərhələsi üzrə)

3 fevral

 

 

Rezidenturaya qəbul

 

Ərizə qəbulu

14 - 21 fevral

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

1 - 6 aprel

 

QƏBUL İMTAHANI – 1-ci mərhələ

7 aprel

 

I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı

3 - 10 iyun

 

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

10 - 13 iyul

 

QƏBUL İMTAHANI – 2-ci mərhələ

14 iyul

 

İxtisas seçimi

16 - 22 iyul

 

Qəbul olan namizədlərin qeydiyyatı

29 iyul - 2 avqust

 

Boş qalan yerlərə ixtisas seçimi

5 - 6 avqust

 

Boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı

8 - 9 avqust

 

Elektron sınaq imtahanı (baza fənləri üzrə üzrə)

16 mart

 

 

Elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə)

11 - 16 mart

 

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələri üçün)

 

1-ci imtahan

5 may

 

1-ci imtahanda "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat

8 - 14 may

 

8 - 14 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün 2-ci imtahan

26 may

 

Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu

 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı

10 fevral

 

 

Ərizə qəbulu  (I – V qruplar)

15 mart - 15 aprel

 

QƏBUL İMTAHANI – I-IV ixtisas qrupları üzrə I mərhələ (əvvəlki illərin məzunları üçün)  və V qrup üzrə

28 aprel

 

QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı)

12 may

 

QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı)

19 may

 

Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı

30 may - 12 iyun

 

QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı)

30 iyun

 

QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı)

7 iyul

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 24-28 iyun

 

V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla)  24 iyun - 3 iyul

 

I qrup üzrə 12 - 17 iyul

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup)

V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 1 - 7 iyul

 

V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 

7 iyul - 2 avqust

 

I qrup üzrə 22 - 26 iyul

 

Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq)  qəbul olmaq istəyənlərin qeydiyyatı

20 - 24 iyul

 
 

Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq)  qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı

27 iyul - 2 avqust

 
 

Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı

22 - 25 iyul

 

Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı

1 avqust

 

İxtisas seçimi (I – IV qrup)

24 iyul - 6 avqust

 

İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra))

24 iyul – 6 avqust

 

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ)

15 - 27 avqust

 

Boş qalan yerlərə ixtisas seçimi

15 - 19 avqust

 

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

23 avqust - 2 sentyabr

 

Hərbi liseylərə və  Hərbi Tibb Məktəbinə tələbə qəbulu

 

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı

14 iyul

 

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu

 

Ərizə qəbulu

22 fevral - 11 mart

 

QƏBUL İMTAHANI  I mərhələ (əvvəlki illərin məzunları)

31 mart

 

QƏBUL İMTAHANI  II mərhələ (əvvəlki illərin məzunları)

23 iyun

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

8 - 16 iyul

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

18 - 22 iyul

 

İxtisas seçimi

24 iyul - 5 avqust

 

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

8 - 23 avqust

 

Boş qalan yerlərə ixtisas seçimi

27 avqust - 2 sentyabr

 

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

4 - 11 sentyabr

 

Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu

 

Ərizə qəbulu

15 mart - 15 aprel

 

QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün)

28 aprel

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat

24 iyun - 3 iyul

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı

12 - 17 iyul

 

İxtisas seçimi

15 - 19 avqust

 

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

23 - 29 avqust

 

Boş qalan yerlərə ixtisas seçimi

30 avqust - 4 sentyabr

 

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

6 - 11 sentyabr

 

Buraxılış imtahanları

 

İlk peşə-ixtisas təhsili müəssisələri

17 fevral

 

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı

18 fevral

 

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət

3 mart

 

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət

10 mart

 

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət

17 mart

 

Ümumi (9 illik)  orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

31 mart

 

Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı

5 may

 

Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət

2 iyun

 

Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət

9 iyun

 

Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət

16 iyun

 

Ümumi (9 illik) orta bazasında II mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

23 iyun

 

Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət

7 aprel

 

Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət

14 aprel

 

Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət

 

21 aprel

 

Tam (11 illik) orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

 

28 aprel

 

Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı

5 may

 

Dövlət qulluğuna qəbul

 

 

 

Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar

27 yanvar, 17 fevral, 17 mart, 21 aprel, 5 may, 23 iyun, 21 iyul, 18 avqust, 29 sentyabr, 27 oktyabr, 24 noyabr, 22 dekabr

 
 

Elektron sınaq imtahanları

 

 
 

11.02.2019 10:50 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo