300 milyon dəyərində 300 min mal-qara tələf olub

Samir Soltanov/AZADİNFORM. Ötən həftə Avstraliyanın Taunsvill şəhərinə yağan şiddətli yağışlardan sonra bölgəyə dəyən maddi ziyan müəyyənləşdirilir. 

Azadinform xəbər verir ki, araşdırmalara nəticəsində bölgəni vuran selin təxminən 300 milyon dəyərindəki 300 min mal-qaranın tələfinə səbəb olduğu aydınlaşıb. Məlumatda qeyd olunur ki, bölgədə sel nəticəsində tələf olan böyük baş heyvanların hər birinin qiyməti 1000 dollara yaxın olub: “Bu rəqəm sadəcə bu bölgəyə aiddir. Digər qəsəbələrdə təxminən 7-8 milyon mal-qara saxlanılır. Sel suları bu qəsəbələrə çatdıqda tələf olan heyvanların sayı artacağına şübhə yoxdur.

Qeyd edək ki, daha çox heyvan ölümünün qarşısını almaq üçün helikopterlər vasitəsilə palçıq içərisində qalan ərazilərə yem göndərilir.

11.02.2019 10:38 / Baxılıb: 137 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo