Gənc alim və tədqiqatçının yaşı dəqiqləşdi

Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.

Azadinform-un məlumatına görə, bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir.

Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

"Gənclər siyasəti haqqında" qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

Qanunda hansı yaşdan olan şəxslərin gənc alim hesab edilməsi isə dəqiqləşdirilməyib.

Yeni layihədə gənclik yaşı, eyni zamanda gənc ailə anlayışı olduğu kimi saxlanılıb, buraya yalnız kimlərin gənc alim hesab edildiyi əlavə edilib.

11.02.2019 09:10 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo