İtaliya A Seriyasının 23-cü turunda nəticələr

Adəm Abbaslı/AZADİNFORM. İtaliya A Seriyasının 23-cü turunun növbəti oyunları keçirilib.

Azadinform xəbər verir ki, turun maraq doğuran qarşılaşması "San Siro" stadionunda baş tutub. Qış fasiləsindən sonra stabil oyunu ilə diqqət çəkən "Milan" çempionatın autsayderi "Kalyari" komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (3:0). Oyunda Luka Keppitelli (13 - öz qapısına), Lukas Paketa (22) və Kşiştof Piatek (62) fərqləniblər. Bu qələbədən sonra "Milan" xalların sayını 39-a çatdıraraq dördüncü yerdəki mövqeyini qoruyub, "Kalyari" isə 21 xalla 15-ci yerdə qərarlaşıb. Növbəti turda "Milan" səfərdə "Atalanta" ilə, "Kalyari" isə doğma meydanda "Parma" ilə qarşılaşacaq.

Turnir cədvəlinin hazirki lideri "Yuventus" da səfərdə eyni hesabla "Sassuolo"dan üstün olub.

Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:

"Kiyevo" - "Roma" - 0:3;

"Fiorentino"-"Napoli" - 0:0;

"Parma"-"İnter" - 0:1;

"Bolonya"-"Genoa" - 1:1;

"Atalanta"- SPAL - 2:1;

"Torino"-"Udineze" - 1:0;

"Sampdoriya"-"Frosinone" - 0:1.

11.02.2019 09:00 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo