Hindistanda 100-ə yaxın insan alkoqoldan ölüb

Hindistanın şimalındakı Uttar-Pradeş və Uttarkhand ştatlarında 3 gün ərzində alkoqollu içkidən istifadə nəticəsində 97 nəfər həlak olub.

Azadinform  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda IANS agentliyi məlumat yayıb.

Yerli hakimiyyətə istinadən yayılan məlumata görə, fevralın 7-də Haridvar dairəsinin Ballupur kəndində bir neçə sakin dəfn mərasimində toplaşaraq alkoqollu içki qəbul edib. Onlar növbəti gün səhhətlərinin pisləşdiyini hiss ediblər.

Ölənlər haqqında ilk xəbər cümə günü daxil olub. Bundan sonra hadisənin araşdırılmasına başlanılıb.

Polis keçirdiyi əməliyyat nəticəsində 10 min litrdən çox qeyri-leqal alkoqol müsadirə edilib, 200-dən çox insan saxlanılıb. 

10.02.2019 17:24 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo