Qonaq getdiyi evdən pul oğurladı

Samir Soltanov/AZADİNFORM. Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil olub. 

DİN-in Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, zərərçəkən M.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dollar pul oğurlandığını bildirib. 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Oğurluğu etməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyən edilib və o saxlanılıb. 

9.02.2019 13:07 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo