Dövrün yeni fobiyası telefonsuzluq

Aygün Nəbiyeva / AZADİNFORM. Telefona olan bağlılıq getdikcə xəstəliyə çevrilir. İnsanların əksəriyyəti demək olar ki, ailəsi və yaxud dostları ilə əlaqəni də telefon vasitəsilə saxlayır, digərləri isə internetdə vaxt keçirirlər.

Azadinform xəbər verir ki, İngiltərədə mobil telefon istifadə edən 2 min 100 adam arasında bir araşdırma aparılıb və maraqlı nəticələr ortaya çıxıb. Araşdırmaya görə, dövrün yeni fobiyası davamlı ünsiyyətdə olmama qorxusudur. Eyni zamanda araşdırmada, bir çox nəticələr də ortaya çıxıb. Belə ki, iki adamdan biri telefonunu heç zaman söndürmür. Bir çox insan isə hər zaman əlçatan olmaq istəyir.

8.02.2019 10:15 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo