Özü köhnə, qiyməti yüksək Səbəb nədir?

Eşqin Nuruşov/AZADİNFORM. İnsanlar arasında avtomobilə marağı olmayanlara çox az rast gəlmək olar. Nə qədər bahalı, müasir avtomobillər icad olunsa da, yenə də retro avtomobillərə olan diqqət danılmaz bir faktdır.

Hər il 26 avqust tarixində Heydər Əliyev Mərkəzində təşkil edilən retro avtomobillərin sərgisi və yürüşü bunun bariz nümunəsidir. Həmin gün ora olan insan axını retro avtomobillərə marağın nə dərəcədə yüksək olduğunun əyani sübutudur. Bu avtomobillərə sahib olmaq çoxları üçün sanki bir sərvətə sahib olmağa bərabərdir. Retro avtomobillərə sahib şəxslər onu olduqca yüksək qiymətə, bəzən də yüz minlər məbləğində alıcılara təklif edirlər.  Bəs retro avtomobillərin bu qədər yüksək qiymətə təklif edilməsinə səbəb nədir?

 

Nəqliyyat məsələləri üzrə ekspert Hüseyn Abdullayev bildirib ki, retro avtomobillər sadəcə köhnə maşınlar demək deyil, eyni zamanda onlar nadirdir: “Retro maşınlar nəqliyyat vasitəsi deyil, kolleksiya dəyərinə malikdirlər. Həmin avtomobillərin bərpa edilməsi baha başa gəlir”.

Bu avtomobillərin özəlliklərindən danışan ekspert onların qiymətlərinin baha olması ilə bağlı bildirib ki, alan varsa, deməli, bu elə onun qiymətidir: “Qiymət belə şeydir ki, tələb və təklifdən asılıdır. Mən nəyisə istədiyim qiymətə sata bilərəm, amma onu alan olmasa deməli, qiyməti səhvdir. Bir şeyin ki, təklifi məhduddur, qiyməti baha olur. Bazar özü qiyməti tənzimləyir. Burada monopoliya filan yoxdur ki, bazara müdaxilə edilsin. Biz axı sual vermirik ki, niyə məşhur rəssamların əsərləri belə bahadır. Retro avtomobillər də o sıradan bir şeydir”.

6.02.2019 18:00 / Baxılıb: 485 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo