Füzulidə geniş yaşıllaşdırma işləri aparılıb

Adəm Abbaslı/AZADİNFORM. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və uğurlu Horadiz əməliyyatı nəticəsində torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması xalqımızda yaşamaq, işləmək, sabaha inam, rəhbərə güvən kimi hisslər oyatmaqla bərabər tikmək, qurmaq, abadlaşdırmaq, yaşıllaşdırmaq arzusunu da dirçəltməyə başladı.

Tarixən əlverişli iqlim şəraiti, münbit torpaqları, mülayim havası, şirin suyu ilə seçilən Füzuli rayonunda bu istiqamətdə görülən işlər xüsusilə diqqət çəkir. Ulu öndərin yolunun və siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin rəhbərliyi və maliyyə dəstəyi ilə rayonda tikilib istifadəyə verilən infrastruktur layihələr, həm də gözoxşayan yaşıllıqlarla tamamlanır. Füzuli rayonunda həyata keçirilmiş 6 böyük layihənin müəllifi olan Heydər Əliyev fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan təbiətinin – flora və faunasının qorunmasında, dünyaya tanıdılmasında rolu və səyi danılmazdır.

Ölkəmizdə yaşıllıqların salınması və qorunmasına, ekoloji layihələrin həyata keçirilməsinə, əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verən İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyaları artıq ənənə halı alıb. Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi yaşıllaşdırma layihələri paytaxtla bərabər respublikamızın bütün rayonlarını əhatə edir. Verilən təlimat və tapşırıqlara uyğun olaraq son illər Füzuli rayonunda yaşıllaşdırma işləri sürətlə həyata keçirilir. Füzuli RİH-dən Azadinform-a verilən məlumata görə, rayonun işğaldan azad olunmuş ərazilərində 12694 ədəd çinar, 129120 ədəd tut, 2000 ədəd qoz ağacı, 130000 ədəd gül kolu əkilib. Təkcə Horadiz şəhərində əkilən ağac və güllərin sayına və tərkibinə nəzər salsaq görülən işlərin miqyası aydın olar. Belə ki, Horadiz şəhərində 6280 ədəd Eldar şamı, 3018 ədəd Leylandra, 400 ədəd Amerikanka, 33 ədəd sərv, 84 ədəd Buksus, 825 ədəd yerli yolka, 1324 ədəd Ebomus, 28 ədəd yasəmən, 52 ədəd yolka spiral, 24 ədəd yolka kremlyovski, 17 ədəd tikanlı astra, 447 ədəd aylandra, 32 ədəd Yolka pramida, 8 ədəd əzgil, 28 ədəd sekas, 48 ədəd Maqnoliya, 4034 ədəd Karli qızıl gül, 19500 ədəd yerli qızıl gül olmaqla cəmi 12648 ağac və 23534 ədəd gül əkilib. 

2019-cu ildə Horadiz şəhərinin yaşıllıq mənzərəsini zənginləşdirmək məqsədilə daha 1000 ədəd çinar, 2100 ədəd Leylandra, 2 ədəd yolka Pramida, 1200 ədəd gül də  əkilib.

Füzuli rayonunda yaşıllıqların salınması kimi yaşıllıqların qorunması, onlara lazımi qulluq göstərilməsi də daim diqqət mərkəzində saxlanılır.

Bütün bu görülən işlərə verilən ən böyük qiymət isə cənab prezident İlham Əliyevin Füzuliyə beşinci səfəri zamanı işlətdiyi: “Biz burada , düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük” ifadəsidir.

6.02.2019 09:53 / Baxılıb: 445 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.02.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo