Prezident İlham Əliyev Kristian Faythingeri qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythingeri qəbul edib.

Azadinform xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger dövlətimizin başçısına onu qəbul etdiyinə görə minnətdarlığını bildirdi. Kristian Faythinger ölkəmizə ilk dəfə səfərindən məmnunluğunu ifadə edərək, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verən Kristian Faythinger bildirdi ki, bu gün Beynəlxalq Astronavtika Federasiyasına 68 ölkədən 368, o cümlədən Azərbaycandan olan 3 təşkilat daxildir. Qonaq rəhbərlik etdiyi qurumun hər il Beynəlxalq Astronavtika Konqresini keçirdiyini vurğuladı və belə bir önəmli faktı xatırlayaraq dedi ki, bu cür tədbirlərdən biri 1973-cü ildə Bakıda keçirilib. Daha sonra o, Azərbaycanda kosmik sənayenin uğurla inkişaf etdiyini və bu sahədə ölkəmizin son vaxtlar əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı 1973-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilən XXIV konqresini məmnunluqla xatırladı və o zaman həmin tədbirin beynəlxalq əhəmiyyətli bir hadisəyə çevrildiyini, konqresdə məşhur kosmonavtların və astronavtların iştirak etdiyini vurğuladı. Azərbaycanda kosmik sənayenin inkişafına toxunan Prezident İlham Əliyev bu sahənin ölkədə ən prioritet istiqamətlərdən biri olduğunu dedi və Azərbaycanın dünya kosmik ailəsinə daxil olmasını məmnunluqla qeyd etdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

4.02.2019 14:30 / Baxılıb: 452 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo