Quldurluq edənlər saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Polis əməkdaşları Xırdalan şəhəri ərazisində quldurluq hadisəsi törətməkdə şübhəli bilinən iki şəxsi saxlayaraq məsuliyyətə cəlb ediblər.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, yanvarın 11-də saat 8 radələrində Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş iki maskalı şəxsin orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından qaçdıqları barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum edilmiş Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib.

Faktla bağlı istintaq və əməliyyat tədbirləri aparılır.

19.01.2019 12:25 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo