Bakıda bəzi yol nişanlarında dəyişiklik ediləcək

AZADİNFORM. Bakıda bəzi yol nişanlarında dəyişiklik olunacaq.

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a bildirilib ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma, durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir. Bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb. Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən 3.27 nişanının tələbinin günün saatlarına və həftənin iş və qeyri-iş günlərinə uyğun qüvvədə olması, onun qüvvədə olduğu sahənin dəqiqləşdirilməsi, bəzi yerlərdə həmin nişanın durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilir. Növbəti ayda təhlillərin nəticəsində məqsədəuyğun hesab olunan yerlərdə mövcud nişanlarda qanunvericiliyin tələbinə uyğun dəyişikliklər ediləcək.

18.01.2019 19:21 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo