İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

AZADİNFORM. İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb.

Qeyd edək ki, bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında razılaşma əldə edilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.

Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.

18.01.2019 09:40 / Baxılıb: 136 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo