Bakıda güclü külək bir sıra fəsadlar törədib, dağıntılar var

Bakıda güclü külək bir sıra fəsadlar törədib.

Paytaxtda güclü külək bəzi yerlərdə işıq dirəklərini, reklam lövhələrini aşırıb, habelə ağacları kökündən qoparıb. Bir sıra yerlərdə ağaclar avtomobillərin üstünə aşıb. 

Kəskin hava şəraiti hətta bəzi yerlərdə yol qəzalarına da səbəb olub. Belə ki, nəqliyyat vasitələri idarəetmədən çıxaraq aşıb. Külək bir sıra yerlərdə evlərin damını qoparıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Açıq dənizdə dalğanın maksimal hündürlüyü 9,3 metrə çatıb. (report)

17.01.2019 23:08 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo