OPEC neftə tələbatın artım proqnozunu saxlayıb

2018-ci ildə dünyada neftə tələbatın artımı gündəlik 1,5 milyon barel səviyyəsində qiymətləndirilir və bu, ötən ayın hesabatı ilə müqayisədə dəyişiklik olmadığı deməkdir.

Azadinform xəbər verir ki, bu barədə OPEC-in yanvar ayı üçün hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, hazırda dünyada neftə tələbat sutkada 98,78 milyon barel səviyyəsindədir.

OPEC həmçinin 2019-cu ildə dünyada neftə tələbatın artımı ilə bağlı proqnozunu da dəyişməz - sutkada 1,29 milyon barel səviyyəsində saxlayıb. Beləliklə, OPEC-in proqnozlarına görə, 2019-cu ildə neftə orta illik tələbat gündə 100,08 milyon barel təşkil edəcək.

Bununla yanaşı, qeyd olunub ki, tələbat, əsasən, Hindistan başda olmaqla, Asiya ölkələri, eləcə də Şimali və Cənubi Amerika ölkələri hesabına artacaq.

OPEC neftinə tələbat 2018-ci ildə, Qətər istisna olmaqla, gündəlik 31,7 milyon barelə səviyyəsində qiymətləndirilir və bu 2017-ci ilin səviyyəsindən gündəlik 1,2 milyon barel aşağıdır. 2019-cu ildə OPEC neftinə tələbat gündəlik 30,8 milyon barel civarında proqnozlaşdırılır ki, bu da 2018-ci ilin göstəricisindən, təxminən, 0,9 milyon barel aşağıdır.

17.01.2019 21:09 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo