Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Qazaxıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Azadinform "sports.kz"yə istinadən xəbər verir ki, yığma çexiyalı Mixel Bilekə həvalə olunub. Bilek bu postda Stanimir Stoylovu əvəzləyib. 54 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

Qeyd edək ki, Mixel Bilek son olaraq ölkəsinin "Zlin" klubunda işləyib. O həmçinin 2009 - 2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına kimi yüksəlib və bu mərhələdə Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub. 

17.01.2019 20:26 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo