Ölkəyə qanunsuz yolla 12 900 dollar keçirmək istədi

Samir Soltanov/AZADİNFORM. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrana piyada yolla gedən Azərbaycan vətəndaşına məxsus əl yükü rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə edildiyindən saxlanılıb və həmin yükə gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qara əl çantasının içərisindəki pul kisələrində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və elektron qaydada bəyan olunmayan, ümumilikdə 12 900 ABŞ dolları aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

17.01.2019 12:56 / Baxılıb: 318 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo