| |||||
Çərpələng festivalında 3 nəfər ölübAygün Nəbiyeva / AZADİNFORM. Hindistanın Qudjarat əyalətində keçirilən uçurtma (çərpələng) festivalında iplər üç nəfərin ölümünə səbəb olub. Azadinform xarici mediaya istinadən xəbər verir ki, polis “Uttarayan” adlanan beynəlxalq çərpələng uçurtma festivalında biri uşaq olmaqla üç nəfərin vəfat etdiyini açıqlayıb. Buna səbəb çərpələng iplərinin onların boğazlarını kəsməsi olub. Qeyd edək ki, səlahiyyətlilər Rajkot, Ahmedabad, Surat və Vadodara şəhərlərində çərpələng iplərinin 59 nəfərin yaralanmasına səbəb olduğunu bildirsə də, dünən axşamdan bəri bu şəhərlərdə 117 nəfərin də çərpələng uçurarkən damdan düşərək yaralandığını açıqlanıb.
15.01.2019 11:10 / Baxılıb: 320 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() |
![]() 19.02.2019
18:55“Messi bir dahidir”
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |