Braziliyada polis helikopteri suya endirilib, ölən və yaralanan var

Braziliya hərbi polisinə məxsus helikopter naməlum səbəbdən Rio-de-Janeyro şəhəri yaxınlığında Quanabara körfəzinə məcburi eniş edib.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopterdə olan 4 nəfərdən 1-i ölüb, 3-ü xilas edilib.

Yaralılar xəstəxanaya aparılıb. 

Məlumata görə, “Fenix08” tipli helikopter Rio-de-Janeyro şəhərinin şimal-qərbindəki San Juan di Meriti peyk şəhəri ilə bağlayan avtomobil yolunda patrul xidməti aparırmış.

14.01.2019 22:05 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo